340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
aparılan optimallaşdırma işləri çərçivəsində Bakının mövcud
marşrutların hərəkət sxeminin dəyişdirilməsi və yeni xətlərin
təşkili istiqamətində tədbirlər davam etdirilir.

Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin və ictimai
nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 24 sentyabr
tarixindən 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə
başlayacaq.




Yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini
Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə
əlaqələndirəcək.

“ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə
hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda
gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş nağdsız
qaydadadır.