Rubio Ukrayna münaqişəsinin danışıqlar masası arxasında bitəcəyini deyib

Baş səhifə

“Ukrayna böhranı hərbi yolla yox, danışıqlar masası arxasında bitəcək”.

APA xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında ABŞ dövlət katibi Marko Rubio deyib.

“Türkiyədə, Səudiyyə Ərəbistanında, Alyaskada görüşlər keçirdik və saysız-hesabsız telefon danışıqları apardıq. Hərbi yolla bitməyən bu münaqişənin həlli və sona çatması üçün mümkün olan hər şeyi etdik. Bu böhran danışıqlar masası arxasında bitəcək”, – o bildirib.