Böyük Britaniyadan Azərbaycana fiziki şəxslər tərəfindən pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk altı ayında Azərbaycandan olan fiziki şəxslərin
Böyük Britaniyaya həyata keçirdiyi pul köçürmələrinin həcmi 12,3
milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları
və ya 9,6 faiz azdır.

Məlumata əsasən, Azərbaycandan ölkə xaricinə həyata keçirilmiş
pul köçürmələrinin ümumi həcmində Böyük Britaniyaya köçürmələrin
payı 5,1 faiz təşkil edir.

Cari ilin ilk yarım ilində Böyük Britaniyadan olan fiziki
şəxslərin Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi
18,7 milyon dollar təşkil edib. Bu ötən ilin analoji dövrü ilə
müqayisədə 2,6 min ABŞ dollar və ya 16,2 faiz çoxdur.




Hesabat dövründə Böyük Britaniyanın Azərbaycana xaricdən daxil
olan ümumi pul köçürmələrində payı 3,5 faiz təşkil edib.

2024-cü ilin ilk yarısında Böyük Britaniyadan Azərbaycana
göndərilən pul köçürmələrinin həcmi 16,1 milyon ABŞ dolları
olub.

Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan
xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.

Eyni zamanda hesabat dövründə xaricdən Azərbaycana göndərilən
pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub. Bu isə
2024-cü ilin ilk yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və
ya 6 faiz azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir