AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.
Məlumata görə:
– Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
– XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur;
– “Sabah” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
– “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;
– “Sumqayıt” klubunun yeddi futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
www.RIA24.az