Təzə çiyələklərin gözlənilməz xüsusiyyətləri açıqlanıb – FOTO

Maraqlı

Təzə çiyələyin tərkibində bədəni xərçəngdən qoruyan və iltihabı azalda bilən maddələr var.

Bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq xəbər verib.

Onun sözlərinə görə, giləmeyvənin tərkibindəki askorbin turşusu və kversetin birləşməsi qan damarlarının vəziyyətini sabitləşdirir, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır və beyin fəaliyyətinə müsbət təsir göstərir.

Giləmeyvə həmçinin flavonoidlərlə zəngindir ki, bu da orqanizmdə iltihabi proseslərə aktiv şəkildə müqavimət göstərir və hüceyrə mutasiyası riskini azaldır.

“Çiyələyin tərkibində onkoprofilaktik təsir göstərən qall turşusu var. Şişlər bəzən damarlara daxil olaraq böyüyür, bu giləmeyvələrin müntəzəm istifadəsi ilə xərçəngin ilkin profilaktikası baş verir. Çiyələk müxtəlif növ onkoloji xəstəliklərin müalicəsindən sonra da faydalıdır”, – deyə Ginzburq bildirib.

Diyetoloq xəbərdarlıq edib ki, çiyələkdən sonra ağzı yaxalamaq və ya dişləri fırçalamaq lazımdır, çünki onun tərkibində emalı məhv edən və çürüklərin yaranmasına səbəb olan üzvi turşular var.

Mənbə: Qazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir