MSK nümayəndə heyəti Moldovada parlament seçkilərini müşahidə edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il
sentyabrın 28-də Moldova Respublikasında keçiriləcək parlament
seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edəcək.

Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media
və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Moldova Mərkəzi Seçki Komissiyasının sədri
Anjelika Karamanın rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər
iki ölkənin ali seçki qurumları arasında əməkdaşlığın daha da
möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı,
Moldovalı həmkarı ilə görüşünün keçirilməsi, seçki idarəetmə
orqanları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin inkişaf
perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi
imkanları, həmçinin seçkilərin təşkili və idarə olunması sahəsində
maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə
tutulur.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi
hazırlıq prosesləri ilə tanış olacaq və seçki günü paytaxt
Kişineudakı məntəqələrdə səsvermə prosedurlarını da
izləyəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir