Vətən müharibəsinin başlamasından 5 il ötür

Baş səhifə

Bakı.Trend:

Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.

Trend xəbər
verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi
şəhidlərini yad etmək üçün II Şəhidlər xiyabanı ziyarət edilir.




Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların yaxınları,
rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar
şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət
edirlər, məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27
sentyabr tarixində başlayıb. Azərbaycan müharibədə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan
ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi
qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir