Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı oldu (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44
günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər
zəngi” adlı sənədli filmin təqdimatı olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən Trend-ə verilən
xəbərə görə, təqdimat şəhidlərimizin xatirəsini bir dəqiqəlik
sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb.

Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət
Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini
göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından
danışıb: “44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu.
44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz
canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı
ilə yazılan bu tarix, ordumuzun gücü, xalqımızın birliyi ilə
qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır.
Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz
toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!”




A. Telmanqızı bildirib ki, bu filmlə biz tariximizi, qürurumuzu,
zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir
daha xatırlayacağıq:

“Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua,
qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi
olsun.” Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaniin
keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi
torpaqda qürurla yaşadığından danışıb. Xüsusi təyinatlı Aslan
Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasıdan
söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb. Bu gün həm də
Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, köçü əks etdirən
videoçarx da nümayiş olunub. Qeyd edək ki, təqdimat mərasimində
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət
göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin
üzvləri, ziyalılar, media nümayəndələri iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir