Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu – XXVIII turuna start verilib.
Bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edib.
Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Qırmızı-qaralar”dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, bu nəticələrdən sonra “Zirə” xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. “Şamaxı” hələlik 22 xalla 6-cı sıradadır.
45 xalı olan “Qəbələ” mövsümü 4-cü, 41 xalı olan “Sabah” isə 5-ci yerdə bitirib.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Sumqayıt” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.
www.RIA24.az