Tramp daxili terrorizmlə mübarizə aparmaq üçün qoşun yeridilməsini tapşırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp “daxili terrorizmlə” mübarizə
aparmaq üçün Oreqon ştatının Portlend şəhərinə qoşun yeritməyi
tapşırıb.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.




“Daxili Təhlükəsizlik Katibi Kristi Noem-in xahişi ilə mən hərbi
nazir Pit Heqset müharibədən dağılmış Portlendi və “Antifa” və
digər yerli terrorçuların hücumu altında olan hər hansı “ICE”
obyektlərini qorumaq üçün bütün lazımi qoşunları yerləşdirməyi
tapşırdım”, – deyə ABŞ prezidenti yazıb.

Onun sözlərinə görə, o, “lazım olduqda bütün gücdən istifadə
etməyə icazə verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir