Kreml minə yaxın amerikalıya qadağa qoydu: Co Bayden və Morqan Friman da siyahıya düşdü

Dünya

Rusiya ABŞ vətəndaşlarına qarşı yeni sanksiya tətbiq edib.

Bu barədə Rusiya XİN məlumat verib.

Belə ki, yeni sanksiyalara əsasən 963 nəfərin Rusiya girişi birdəfəlik qadağan edilib.

Siyahıya ABŞ Prezidenti Co Bayden, prezidentin oğlu Hanter Bayden, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey, ABŞ Maliyyə Nazirliyinin xairici aktivlərə nəzarət idarəsinin direktoru Andrea Qaki, Baş Prokuror Merrik Qarland, prokurorlar Erik Kenerson və Rendall Cekson, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakasone, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan daxil edilib.

Bununla yanaşı, amerikalı konqresmenlər, nazirlər və hərbi sənaye kompleksinin bir sıra nümayəndələri də sanksiyalar siyahısına düşüb. Moskva həmçinin “Dreamworks Animation” animasiya studiyasının baş direktoru Ceffri Katsenberq və aktyor Morqan Frima qarşı da sanksiya tətbiq edib.

Mənbə: RBC.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir