Prezident İlham Əliyevin sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib – Samir Şərifov

Baş səhifə

Bakı.Trend:

Bu gündən etibarən Gəncə və daha 6 şəhərimiz, Şəki, Qəbələ,
Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evə
sahiblik edəcək.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, III
MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov Gəncə
stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimində deyib.

O qeyd edib ki, on gün davam edən yarışlarda Müstəqil Dövlətlər
Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan,
Oman, Kuba və Kuveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri
iştirak edəcək.

“Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin vətəni,
qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil
Dövlətlər Birliyinin idman paytaxtıdır.

Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə stadionunda
açılışını etdiyimiz bu idman oyunları dostlu, sülh, qarşılıqlı
hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq.
Ölkərimiz, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinə,
münasibətlərin daha da dərinləşməsinə mühüm töhvə verəcək.”

S.Şərifov qeyd edib ki, Azərbaycanda idmanın inkişafına böyük
əhəmiyyət verilib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman
ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir.

Azərbaycan müxtəlif illərdə ən möhtəbər beynəlxalq yarışlara ev
sahibliyi etməklə, bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir.
Bakıda 2015-ci ildə – Birinci Avropa Oyunları, 2017-ci ildə –
dördüncü İslam Həmrəklik oyunları, eləcə də müxtəlif növlər üzrə
dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.”

S.Şərifov vurğulayıb ki, III MDB Oyunlarıda bu baxımdan
əlamətdar olacaq.

“Oyunların paytaxtı Bakıdan kənarda keçirilməsi ölkəmizin
regionlarda da güclü infrastrukturun, idmanın ikişafı üçün lazımi
şəraitin yaradıldığını göstərir.

İri miqyaslı idman yarışlarının ölkə regionlarında təşkilinə
göstərdiyi qayğı və verilən dəstəyə görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı ifadə edirik.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir