Ömər Kocaman Türk Dövlətləri Təşkilatının 12-ci sammitinin keçiriləcəyi tarixi və yeri açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik”
mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdə
keçiriləcək.

Trend xəbər verir
ki, bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzv
dövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.

“Türk dövlətləri arasında ortaq tarix, dil, mədəniyyət və
ənənələrə əsaslanan qardaşlıq münasibətləri mühüm strateji
potensiala malikdir”, – deyə o, vurğulayıb.

Kocaman xatırladıb ki, Türk Dövlətləri Təşkilatının yaradılması
haqqında saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanıb və
Azərbaycanın təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsində
xüsusi rolunu qeyd edib.

“Türk dünyası geniş coğrafiyaya, böyük hərbi potensiala, zəngin
resurslara, nəqliyyat dəhlizlərinə və gənc, sürətlə artan əhaliyə
malikdir. Biz birgə səylər göstərməliyik ki, TDT dünya arenasında
mühüm oyunçuya və güc mərkəzinə çevrilsin”,- deyə baş katib müavini
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir