
Bakı. Trend:
Daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin
istifadəsinə verilməsi planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində paytaxt
metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar
atılır.
“Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri
yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların
tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə
verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə
sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.
Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl
tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i
artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində
sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə
qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten
xətlərinə buraxılması planlaşdırılır”,- deyə məlumatda qeyd
edilib.