
Bakı. Trend:
Vətəndaşların etibarından sui-istifadə edərək onların
qızıllarını mənimsəməkdə təqsirləndirilən Xəyal Abdullayev və
köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəməsi davam
edib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına
saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.
Onlar cinayət işi üzrətəqsirli bilinərlərsə, 10 ildən 14 ilədək
azaqdlıqdan məhrum ediləcək.
Daha sonra bəstəkar, əməkdar artist Elza Seyidcahan (Qasımova)
ifadə verib.
O, bildirib ki, bəzi problemlərinə görə ora müraciət edib:
“Bizim bəzi problemlərimiz yaranmışdı. Ona görə lombarda
müraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500
manat götürdük. Sonra pulları ödədik. Mənə dedilər ki, qızıllar 1
həftə sonra veriləcək. Beləliklə, 1 həftə aylar oldu. Mən də məcbur
qaldım polisə müraciət etdim. Mənə ziyan ödənilməyib”.
Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davam
etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Xəyal Abdullayev Cinayət
Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda
törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini,
möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama,
satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə
179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə
ittiham edilib.