
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri və
xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon
danışığı aparıb.
Trend-in
məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı bildirib.
Məlumata əsasən, danışıq zamanı Netanyahu Qətərin baş nazirindən
sentyabrın 9-da Dohada Fələstinin “HƏMAS” hərəkatının liderlərinə
hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.
Bildirilib ki, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampın
iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib. Telekanal
mənbəyə istinadən xəbər verir ki, söhbət zamanı Netanyahu Qətər
təhlükəsizlik zabitinin hücumda həlak olmasından təəssüfləndiyini
bildirib.

