
Bakı.Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə
psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat
yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının
içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram
metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır”,-əlavə olunub.