Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət
Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar
Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet Bakı
oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər
Nazirliyinin polkovniki Cabir İmanovla vida mərasimi keçirilib.

Trend xəbər verir
ki, mərhum 50 yaşında idman zalında infarkt nəticəsində dünyasını
dəyişib…Qismət…

Vida mərasiminin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin
Mədəniyyət Mərkəzində keçirilməsi təsadüfi deyil. Son illərdə məhz
bu quruma rəhbərlik edən Cabir İmanov burada bir çox mədəni
layihələrin həyata keçirilməsinə nail olub.

Maraqlıdır ki, illərlə yumoristik rolları ilə yadda xasiyyətcə
çox mehriban və tamaşaçılar tərəfindən çox sevilən aktyor özünü çox
çətin bir sahəyə – cinayətkarlıqla mübarizəyə həsr edib. Hələ də
çoxları belə bir aktyor bu qədər ciddi sahədə çalışdığına inanmaqda
çətinlik çəkir; üstəlik, teatrda və kinoda öz rollarında
hüquq-mühafizə orqanlarının çatışmazlıqlarını tez-tez parodiya
edib, gülüş obyektinə çevirirdi. Lakin aktyorun sözlərinə görə,
belə anlar polis fəaliyyətinin təkmilləşdirilməsinə də kömək
edirdi.




Cabir İmanovun vətəndaş mövqeyi belə idi…(müsahibəni bu linkdən
izləmək olar: https://ru.trend.az/life/interview/1848455.html).

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində
anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə
oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul və
1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin
universiteti bitirib. 1999–2018-ci illərdə Daxili İşlər
Nazirliyində çalışıb. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub
1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və
2000-ci ildə KVN “Əsrin Çempionu” olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.
14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri
adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan
mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə
təltif olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir