Britaniyalı deputat həmkarlarına narkotik verərək zorlamaqda ittiham olunur

Dünya

Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı həmkarlarına narkotik maddələr verərək zorlamada günahlandırılır.

Onun barəsində dörd nəfər polisə müraciət edib.

Qurbanlardan biri Mühafizəkarlar Partiyasının üzvü olub. Onun sözlərinə görə, həmkarı ona dərman iynəsi vurub və ayılanda cinsi təcavüzə uğradığını anlayıb.

Leyboristlər Partiyasından olan digər deputat da analoji hadisədən danışıb. Zorakılıqda ittiham olunan şəxsin davranışlarını hazırda mühafizəkar deputatlar arasında açıq şəkildə müzakirə edildiyi bildirilir.

Mənbə: gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir