Dinlər bizi birləşdirməli, qarşıdurma səbəbi olmamalıdır – Papa XIV Leo

Baş səhifə

Bakı. Trend:

Dünya gözəlliklərlə dolu olsa da, dərin parçalanmalarla
yaralanıb və bəzən dinlər bizi birləşdirmək əvəzinə qarşıdurmanın
səbəbinə çevrilir.

Trend-in
məlumatına görə, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa
XIV Leo tərəfindən oktyabr ayı üzrə dua videomüraciətində
səsləndirilib.




Papa bildirib: “Qoy dinlər silah və ya divarlar kimi istifadə
olunmasın, əksinə körpü və peyğəmbərlik mənbəyi olsunlar. Dinlər
ümumi rifah arzusunu əlçatan etsinlər, həyatımızı müşayiət
etsinlər, ümidi qorusunlar və parçalanmış dünyada birliyin mayası
olsunlar. Dinlərdəki sülh, ədalət və qardaşlığın konkret nümunələri
bizi fərqliliklərimizin fövqündə birlikdə yaşamağın və çalışmağın
mümkün olduğuna inandırsın.”

O, müxtəlif dini ənənələrə mənsub insanların sülhü, ədaləti və
insan qardaşlığını qorumaq və təşviq etmək üçün birlikdə çalışması
naminə ümumi duaya qoşulmağa dəvət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir