Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST 2022” festivalı ilə bağlı əraziyə baxış keçirib.
Oxu.Az xəbər verir ki, general-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalara baxış keçirib.
O, həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.
Könül Cəfərli
www.RIA24.az