“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dakı sabiq komanda yoldaşı Abdellah Zubirin onu bürünc medal qazanması münasibətilə təbrikinə maraqlı cavab verib.
Oxu.Az xəbər verir ki, Mərakeş əsilli fransalı cinah hücumçusu Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib.
O, “Instagram”da: “Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm”, – deyə gənc çalışdırıcıya mesaj yazıb.
Rəşad Sadıqov isə Abdellah Zubirin təbrikinə: “Təşəkkür edirəm, qardaş. İnşallah, ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyunundan sonra da yenidən təbrik edərsən”, – deyə cavab verib.
Qeyd edək ki, mayın 27-də Azərbaycan Kubokunun finalında məhz “Zirə” “Qarabağ”la üz-üzə gələcək.
www.RIA24.az