
Rumıniya və Bolqarıstan hakimiyyətləri Rusiya şirkətlərinə məxsus neft emalı zavodlarına (NEZ) qarşı ABŞ sanksiyalarını qanuni yollarla yan keçirmək imkanlarını araşdırırlar.
APA xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hər iki ölkə sözügedən zavodları müvəqqəti idarə etməyə imkan verəcək hüquqi mexanizmlər hazırlayır.

