Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
“Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat (Ministry of Economy) naziri Abdulla Bin Touq Al Marri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri, investisiya sahəsində əməkdaşlıq və yeni layihələrin icrası ilə bağlı fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
www.RIA24.az