İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir

Baş səhifə

İran hakimiyyəti Pakistanla Əfqanıstan arasında vəziyyətin normallaşmasına kömək etmək istəyir.

Modern.az-ın Press TV-yə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü pakistanlı həmkarı Məhəmməd İşaq Dar ilə telefon danışığı zamanı bildirib.

“Xarici işlər naziri Əraqçi bildirib ki, İran Pakistanla Əfqanıstan arasında son zamanlar ölümcül sərhəd toqquşmalarından sonra daha da kəskinləşən gərginliyi azaltmağa kömək etməyə hazırdır”, – məlumatda bildirilib.

Əraqçi vəziyyətdən narahatlığını bildirib və tərəfləri nüfuzlu regional dövlətlərin dəstəyi ilə dialoqu davam etdirməyə çağırıb. Əraqçi və Dar, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir