Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın
Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9
noyabr – Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı
qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, üçrəngli
bayrağımız Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi sayılan,
turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan “Wall Street”dəki “Bowling Green” parkında ucaldılıb. Bu məkan Nyu York şəhərinin ilk
rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.

Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş
tutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi və
mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxın
həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığı
vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımız bir amal
uğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun,
qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətən
uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi
yaşayacağı diqqətə çatdırılıb.




Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havaya
qaldırılıb.

Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb,
bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlara
ölkəmiz haqqında məlumatlar veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün
“Bowling Green”də dalğalanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir