
Bakı. Trend:
Braziliya millisinin sabiq üzvü Fabinyo Avropaya qayıtmaq
istəyir.
Trend xəbər verir ki, 32
yaşlı futbolçuya “Milan” maraq göstərir.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun üzvü olan
yarımmüdafiəçi özü də, bu təklifə müsbət yanaşır.
Ciddə şəhəri təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyununun
30-da başa çatacaq Fabinyo məhz bundan sonra “Milan”la müqavilə
imzalamağa daha isti baxır.
“Rio Ave”, “Real Madrid Kastilya”, “Monako”, “Liverpul”
klublarında oynamış braziliyalı 2023-cü ildən “Əl-İttihad”ın
formasını geyinir.

