
Bakı. Trend:
Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət
əmlaklarının qiymətləndirilməsi işlərinə başlanılır.
Trend-in
məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, görüləcək işlər çərçivəsində ölkənin müxtəlif şəhər və
rayonlarında qanunvericiliyə uyğun olaraq Kiçik dövlət müəssisə və
obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarına baxış
keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi, yerləşmə
mövqeyinin müəyyən edilməsi, fotoşəkillərin çəkilməsi və real bazar
dəyərinə uyğun qiymətləndirilməsi, eləcə də dövlət müəssisə və
təşkilatlarının balansında olan və hərraca çıxarılacaq nəqliyyat
vasitələrinin qiymətləndirilməsi işləri aparılacaq.
Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 899 986 manata başa
gələcəyini proqnozlaşdırıb.

