Arılar onları narahat edən şəxsi öldürdülər

Dünya

ABŞ-ın Texas ştatında təsadüfən arı yuvasına yaxınlaşan kişi həşəratlar tərəfindən sancılaraq öldürülüb.

53 yaşlı Franko Qalvan Martinez landşaft işıqlandırması şirkətində işləyib.

Ostində bir evin həyətində sifarişi yerinə yetirərkən o, pilləkənlərlə ağaca dırmaşıb. Birdən ağacdakı yuvadan çıxan arılar onu sancmağa başlayıb. Kişi panikaya düşərək, təsadüfən nərdivanı ayağı ilə itələyib və təhlükəsizlik kəmərindən sallanaraq qalıb.

Arıların hücumu təxminən on dəqiqə davam edib. Martinezin iki həmkarı onu xilas etməyə çalışsalar da, arılar onlara da hücum edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər bədəni arılarla bürünmüş adamı şlanqla sulamağa başlayıblar. Buna baxmayaraq, amerikalının həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir