“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Bosniya və Herseqovinadan olan oyunçu fevralda “Sabah”a keçib.
Qeyd edək ki, Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və bir qola imza atıb.
www.RIA24.az