BDYPİ sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb

Baş səhifə

Bakı.Trend:

Yollarda baş verən ağır nəticəli qəzalara səbəb olan əsas
amillərdən biri yüksək sürətdir. Müşahidələr göstərir ki, sürət
həddinin aşılması nəticəsində baş verən qəzaların bir çoxu faciəvi
sonluqla bitir.

Trend xəbər
verir ki, bu barədə BDYPi-nin sürücülərə müraciətində deyilir.

Sürət həddinin müəyyən edilməsində məqsəd nəqliyyat
vasitələrinin hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını
qorumaqdır. Hər bir yol sahəsi üçün müəyyən edilən sürət limiti həm
yolun texniki xüsusiyyətləri, həm də təhlükəsizlik tələbləri nəzərə
alınmaqla müəyyən olunur. Lakin bəzi sürücülər bu qaydaları
pozaraq, yüksək sürətlə hərəkət etməklə təkcə öz həyatlarını deyil,
digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.




Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət zamanı sürücünün
reaksiyası üçün tələb olunan vaxt azalır, tormoz məsafəsi isə
əksinə, bir neçə dəfə artır. Bu isə qəzanın qarşısını almağı demək
olar ki, mümkünsüz edir. Nəticədə bir anlıq ehtiyatsızlıq bəzən bir
ailənin faciəsinə çevrilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə bir daha müraciət
edərək, sükan arxasında məsuliyyətli davranmağa, sürət həddinə və
yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir