​”Milyonları əlimin arxası ilə geri itələdim” –

Baş səhifə

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səs-küylü açıqlama verib. Sevilən sənətçi aktyor peşəsinin muğənnilikdən ucadan dayandığını deyib.

Metbuat.az xəbər verir ki, müğənni bu barədə Şimali Kiprdə verdiyi konsertdən əvvəl jurnalistlərlə söhbət zamanı danışıb. Mahsun deyib ki, filmlərdə çəkilmək, ölməz obrazlar yaratmaq insandan xüsusi istedad və zəhmət tələb edir. Buna görə aktyorlar hörmət və ehtirama layiqdirlər.

Mahsun Kırmızıgül müğənnilərlə müqayisədə aktyorların daha az qazandığını vurğulayıb. O, əsl sənətkarın pul haqda düşünmədiyini qeyd edib: “Mənə təklif olunan milyonları əlimin arxası ilə itələyib 17 il dayanmadan kinoya çəkildim. Mənim bir gecədə qazandığım pulu aktyor bir ayda qazana bilmir. Amma bu o demək deyil ki, müğənnilik aktyorluqdan üstün peşədir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir