“Yelo Bank” ASC ajanda hazırlanmasına dair texniki tender elan edir.

Baş səhifə

Bakı. Trend:

Yelo Bank-ın Brendin İdarəedilməsi departamentinin ajanda
sifarişi üçün texniki tender elan olunur. Qeyd edək ki, texniki
tenderdə yalnız nümunə tələb olunur, qiymətlər təqdim edilmir.
Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab
ediləcək. Seçilmiş nümunələri hazırlayan tender iştirakçısı maliyyə
tenderində iştirak etmək hüququ əldə edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

– Müvafiq sahədə peşəkarlığı və təcrübəsi, texniki və maliyyə
imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı
olmalı;

– Ödəmə qabiliyyəti olmalı;

– Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı
olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu
olmamalı;




– Azərbaycan Respublikasında vergilərə və digər icbari
ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin
olmamalı;

– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və
ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya
və ya icazəyə malik olmalı;

– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya
fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı
linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/47DN7EU.

Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir