Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın söndürülüb – FOTO – YENİLƏNİB-1 – VİDEO

Baş səhifə

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Nəsimi Hüseynov APA-nın yerli bürosuna bildirib ki, yanacaq məntəqəsində baş verən yanğın tam olaraq söndürülüb.

***

19:09

Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

APA-nın yerli bürosu xəbər verir ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.

***

18:56

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb.

APA xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir