Paşinyanın müavini: Şahin Mustafayevlə müntəzəm işgüzar əlaqələrim var

Baş səhifə

Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası istiqamətində təmasları davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə mütəmadi işgüzar əlaqələr saxlayırlar:

“Qonşu ölkənin həmkarımla təmaslarımız var, mütəmadi olaraq işgüzar görüşlər keçirilir. Sonuncu görüş zamanı birlikdə cənub istiqamətinə – Azərbaycan ərazisinə səfər etdik. Səfər əsasən delimitasiya prosesi və sərhədlə bağlı mümkün fraqmentlərin müzakirəsinə həsr olunmuşdu”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir