Bəzi rayonlarda uşaq bağçalarının olmaması qadınları işləmək imkanlarından məhrum edir – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Əfsuslar olsun ki, qadınların böyük bir hissəsi əmək bazarında
aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də
məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə,
qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə
iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.




Komitə sədri xatırladıb ki, bu göstərici əvvəlki illərlə
müqayisədə artıb:

“Lakin uşaq bağçalarının, eləcə də gün ərzində qayğı
mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç
olmaması qadınları işləmək imkanlarından məhrum edir. Belə
müəssisələrin sayının artırılması, həm uşaqlarımızın inkişafı, həm
də işin keyfiyyətinin artırılması, işçilərin övladları ilə bağlı
qayğılarının azaldılması və məşğulluqda gender bərabərliyinin
qorunması baxımından əhəmiyyətli ola bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir