
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK)
xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,256 milyard manat təşkil
edib.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4%
azdır.
Bildirilib ki, DGK xətti ilə büdcə daxilolmaları proqnoza qarşı
96,8 faiz icra edilib.

