60 yaşlı qadın 30 yaş cavan görünməyin sirrini açıqladı – FOTO

Maraqlı

60 yaşında olmasına baxmayaraq yaşının yarısı qədər görünən Böyük Britaniya sakini gənclik və gözəlliyin sirlərini açıb.

DJ və rəqs müəllimi olan Eudora Okoro gəncliyində arıqlığından utandığını və kökəlməyə çalışdığını bildirib. Atası bunu görərək onu sakitləşdirməyə çalışıb və anasının da 30 yaşına qədər arıq olduğunu sonradan kökəldiyini deyib. Bu perspektiv Okoronu o qədər qorxudub ki, həmin vaxtdan qida rasionuna fikir verib.

Qadının sözlərinə görə, 30 yaşı olanda kassirlər və ofisiantlar hələ də onu yetkinlik yaşına çatmamış hesab edir və spirtli içkisini satmaqdan imtina edirdilər. Britaniyalı qadın qocalanda qocalma əleyhinə kremin sınağında iştirak etmək istəyib, lakin istehsalçı şirkətin işçiləri onun çox gənc görünüşünə görə imtina ediblər.

Okoro gəncliyinin sirrini bitki əsaslı qidalanma, müntəzəm idman və gündə iki litr su içməyində görür.

“Hər hansı xəstəliyiniz olmasa, necə yaşlanmağınızın tamamilə sizə bağlı olduğuna inanıram”, – deyə o, bildirib.

Qadın 2019-cu ildə dul qaldığını və illər sonra yenidən görüşə çıxmaq istədiyini, ancaq  gənc görünüşünün partnyor tapmaq prosesini xeyli çətinləşdirdiyini deyib. Okoronun sözlərinə görə ona ancaq çox gənc kişilər diqqət yetirirlər.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir