Bitkoinin qiyməti aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki
kriptovalyutanın – “Bitcoin” və “Ethereum”un (ETH) qiyməti aşağı
düşür.

Trend-in
məlumatına görə, bu barədə “Binance” platformasından məlumat
verilib.

Saat 20:51-ə olan məlumata əsasən, “Bitcoin” 0,48 faiz
ucuzlaşaraq 101.015 min dollara çatıb. Saat 20:59 üçün “Bitcoin”
100,612 min dollara (-0,84%) qədər ucuzlaşıb.




“Ethereum”un qiyməti 1,27 faiz azalaraq 3350 dollara düşüb.
Kriptovalyutanın qiyməti enişini sürətləndirib və 3325 dollara
(-2,23%) çatıb.

“Coinmarketcap”ın 13 noyabr tarixinə olan məlumatına əsasən,
kriptovalyuta bazarının ümumi kapitallaşması 3,39 trilyon dollar
təşkil edib. Bunun 2,006 trilyon dolları (59,2%) “Bitcoin”, 401,313
milyard dolları (11,8%) isə “Ethereum”un payına düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir