Konfrans Liqasının finalına vəsiqə qazanmış “Roma” və “Feyenoord” klubunun azarkeşləri arasında toqquşmalar baş verib.
Fanatlar bu gün final oyununun baş tutacağı Albaniyanın paytaxtı Tiranada sakitliyi pozub, bir-birlərinə qarşı zorakılıq ediblər.
Toqquşmalar nəticəsində 10 albaniyalı polis xəsarət alıb.
Hüquq-mühafizə orqanları zorakılıq edən azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.
Polisin məlumatına görə, hər iki komandanın ümumilikdə 60 azarkeşi həbs edilib.
Mənbə: AFP
www.RIA24.az