“Üç ildir həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib:
“İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub”.
3 ildir həyata keçirilən təşviq əsaslı #vergisiyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərin rəsmiləşdirilməsi, #əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin
1/2— Mikayil Jabbarov (@MikayilJabbarov) May 25, 2022
www.RIA24.az