Ölkədə istehlak bazarının həcmi 66 mlrd. manatı ötüb

Baş səhifə

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 66,7 milyard manat olmaqla 2024- cü ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5 faiz artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ümumi dəyərin 78,9 faizini pərakəndə ticarət dövriyyəsi, 17,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 651,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,2 manat çox vəsait xərclənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir