
Avstraliyada yaşayan Daxili Taipan dünyanın ən zəhərli ilanı kimi tanınır.
Metbuat.az xəbər verir ki, bu ilan cəmi bir dəfə dişləməklə 100-dən çox insanı öldürəcək qədər güclü toksin ifraz edir.
Buna baxmayaraq, araşdırmalar göstərir ki, Daxili Taipan təbiətdə son dərəcə utancaq və insanlardan qaçan bir növdür. İlanın aqressiv olmaması və yaşayış yerlərinin çox uzaq, insanlardan kənar ərazilərdə yerləşməsi səbəbindən onunla qarşılaşma halları son dərəcə nadir hesab olunur.
Alimlər qeyd edir ki, belə yüksək zəhər gücünə malik olsa da, Daxili Taipan insanların həyatına real təhlükə yaratmır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

