Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”

İqtisadiyyat

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Qubada Azad İqtisadi Zonanın yaradılması təklif edilib.

Modern.az xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov çıxış edib.

“Mənə əsasən sosial müdafiə ilə bağlı şikayətlər daxil olur. Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona da yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxılsın”, – parlamentari vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir