Vens: Tramp Putinlə danışıqların zəruriliyini başa düşür

Baş səhifə

“ABŞ prezidenti Donald Tramp fikir ayrılıqlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqların zəruriliyini başa düşür.”

APA xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Vens “Fox News”a müsahibəsində deyib.

“Bir çox insan ABŞ prezidentini Vladimir Putinlə danışdığına görə onu tənqid edib. Vladimir Putinin qərarı ilə razılaşmaq məcburiyyətində deyilsiniz. Amma sülh istəyirsinizsə, güc nümayiş etdirməlisiniz, xalqla danışmalısınız”, – o, bildirib.

Vens həmçinin xatırladıb ki, Tramp birinci prezidentliyi müddətində də Şimali Koreya lideri Kim Çen Inla görüşdüyünə görə tənqid olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir