Rusiyada 19 yaşlı azərbaycanlı qətlə yetirən polis əməkdaşının işinə xitam verildi – FOTO/VİDEO

Dünya

Rusiya İstintaq Komitəsi Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis əməkdaşı Aleksandr Qusev tərəfindən güllələnməsi ilə bağlı işi bağlayıb. Polisin əməllərində cinayət tərkibi aşkar edilməyib.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər yayıb.

Məlumatda bildirilir ki, istintaqa əsasən, Vəkil Abdullayevə atəş açan yol polisi əməkdaşı Aleksandr Qusevlə bağlı işə xitam verilib.

Qeyd edək ki, əvvəllər Qusevin polisdən qovulduğu bildirilirdisə, İstintaq Komitəsinin məlumatında o, fəaliyyətdə olan hüquq mühafizəçi kimi “Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayətinin Moşkovski rayonu üzrə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin Yol Patrul Xidməti əməkdaşı” adlandırılıb.

Xatırladaq ki, 2021-ci ilin mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişinlərdən biri – 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc tətbiq edərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman əlindəki tapançadan atəş açıb.

Polis həmin vaxt saxlanılsa da, bir həftə sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə sərbəst buraxılmışdı: Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilmişdi.

Mənbə: Tayga.info

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir