Aylin Talıbova pianoçuların beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb – FOTO

Mədəniyyət

Bu günlərdə İstanbulda 16-cı “Pera Piano” beynəlxalq piano müsabiqəsi və festivalı başa çatıb.

Media.az xəbər verir ki, tədbirə Azərbaycan, Koreya, Bolqarıstan, Ermənistan və Türkiyə kimi ölkələrdən ümumilikdə 200 iştirakçı qatılıb.

Müsabiqənin qalibi Azərbaycanı layiqincə təmsil edərək birinci yerə layiq görülən Aylin Talıbova olub.

Maraqlıdır ki, musabiqədə ikinci yer heç kimə verilməyib. Üçüncü yeri isə Türkiyə təmsilçisi ilə Azərbaycandan olan iştirakçı Lamiyə Əliyeva bölüşdürüb.

Qızımızın qələbəsində İradə Abdullayevanın böyük xidmətləri var. O, 35 illik təcrübəsi ərzində bir çox beynəlxalq müsabiqələrin laureatları yetişdirib. İradə xanım öz işini və tələbələrini çox sevir. Məhz onun bu sevgisi və təcrübəsi hər zaman yaxşı nəticələr almağa kömək edir.

A.Talıbovanın uğurları da bunun əyani təsdiqidir. Balaca istedad “Sozvezdiye Europe-Asia. Winter Tune” kimi müsabiqədə də müvəffəqiyyətlə çıxış edərək qalib olub. Onun müəllimi isə laureat yetişdirdiyi üçün xüsusi diplomla təltif edilib.

Aylin və müəllimi həmyerlimiz, tanınmış pianoçu Ədilə Əliyevanın Fransada keçirilən müsabiqəsində də iştirak ediblər. Azyaşlı pianoçu orada 2-ci yeri tutub. Onlar Nəriman Sabitov adına Gənc Musiqiçilərin I Beynəlxalq Müsabiqəsində də güclərini sınayıb və burada da 2-ci olublar.

Gənc istedadın bir çox oxşar mükafatları və nailiyyətləri var. Buna “Tessa Music Contest” müsabiqəsinin 1-ci dərəcəli diplomu, “Yondöz İle” VI Piano Sənəti Açıq Müsabiqəsində 2-ci yer, həmçinin Vladimir Kraynev adına IV Moskva Beynəlxalq Piano Müsabiqəsinin diplomunu misal göstərmək olar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir