TAP-ın illik ötürücülük qabiliyyətinin 20 milyard kubmetrədək artırılması real olsa da, onun ardıcıl icrasını tələb edir – Robert Katler

Baş səhifə

Bakı. Trend:

Transadriatik boru kəmərinin (TAP) illik ötürücülük
qabiliyyətinin 20 milyard kubmetrədək artırılması onun ardıcıl
icrasını tələb edir.

Bunu Trend
NATO-nun “Association of Canada” Enerji Təhlükəsizliyi Proqramının
direktoru və baş elmi işçisi Robert M. Katler TAP-ın kommersiya
istismarına başlamasının 5-ci ildönümü ilə əlaqədar bildirib.

O xatırladıb ki, 2020-ci ildə tam fəaliyyətə başladıqdan
sentyabrın əvvəlinə qədər TAP 50 milyard kub metrdən artıq qaz nəql
edib.

“TAP-ın rolu strateji əhəmiyyət kəsb edir: Melendunyo (İtaliya)
istiqamətinə daxil olan qaz ölkədə anbarların doldurulmasında
istifadə oluna bilər, mayeləşdirilmiş təbii qaz (MTQ) terminal
güclərini tamamlayar və zərurət yaranarsa, interkonnektorlar
vasitəsilə Yunanıstan və Bolqaristana yönləndirilə bilər. Qaz
axınları saxlanma və MTQ göndərmə dövrləri ilə uyğunlaşdırılır ki,
operatorlar xidmət və güc bölgüsünü əvvəlcədən planlaşdıra
bilsinlər. Bu yanaşma öhdəlikləri şəffaf və cədvəlləşdirilmiş
prosesə çevirir, qış qiymətlərini stabilləşdirir və son dərəcə
təcili alışlara ehtiyacı azaldır.

Nəticədə balanslaşdırılmış tədarük strukturu yaranır: MTQ boru
kəməri həcmləri ilə birləşir, bir tədarükçüyə asılılıq azalır və
planlaşdırma İtaliya və qonşu ölkələr üçün daha proqnozlaşdırıla
bilir. TAP “Şahdəniz” yatağından qaz nəql edir, TANAP boru kəməri
vasitəsilə trans-Türkiyə seqmentində sabit tədarükləri təmin edir
və SOCAR-ın “Italiana Petroli”də payını alaraq İtaliya
downstream-seqmentinə çıxmağa hazırlaşır”, – deyə Katler
bildirib.

O vurğulayıb ki, əsas göstərici etibarlılıqdır: bron edilmiş
həcmlər vaxtında təmin olunanda və yeniliklər vaxtında təqdim
olunanda alıcılar tədarükləri planlaşdıra bilirlər , improvizasiya
etməyə məcbur qalmırlar.

“2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında TAP-in
ötürücülük qabiliyyətinin 2027-ci ilə qədər ən azı illik 20 milyard
kubmetrədək artırılmasını nəzərdə tutan razılaşma hələ də realdır,
lakin ardıcıl icra tələb edir”, – analitik bildirib.




Katler qeyd edib ki, TAP-in gələcək onilliklər üçün
genişləndirilməsinin planlaşdırılmasında prioritet məsələ –
icradır.

“Kompressorların modernizasiyasını tamamlamalı, uçot
sistemlərini təkmilləşdirməli və bütün qoşulmaları bitirməli,
həmçinin 2025–2026-cı illərin qış mövsümü üçün xidmət cədvəllərini
əvvəlcədən dərc etməliyik. Bu, operatorlara sistemin fəaliyyətini
planlaşdırmağa və qazın stabilliyini təmin etməyə imkan verəcək,
ələlxüsus da qışın pik dövründə. Həmçinin, TANAP-ı illik 31 milyard
kubmetr ötürücülük qabiliyyətinə yaxınlaşdırmaq və “Şahdəniz”
yatağından qaz tədarüklərini indiki səviyyədə və ya daha yüksək
saxlamaq vacibdir ki, tədarük zəncirinin bütövlüyü qorunsun. TAP-in
genişləndirilməsinin birinci fazası 2026-cı ildə, ikinci faza isə
yeni rezervasiyalar müəyyənləşdirildikdən sonra həyata
keçirilməlidir.

İkinci əsas məqam sistemin şəffaflığıdır. Bunun üçün aşağıdakı
məqsədlərlə yanvar, aprel, iyul və oktyabr aylarında qısa rüblük
bülletenlərin dərc edilməsi təklif olunur:

  • planlaşdırılmış xidmət tarixlərinin qeyd olunması;
  • əlavə mövcud güc barədə məlumatın verilməsi;
  • bütün bazar iştirakçıları üçün məlumatların dərc formatının
    müəyyən edilməsi”, – deyə o bildirib.

Katler üçüncü faktorun maliyyələşdirmə olduğunu bildirib.

“TAP-in genişləndirilməsinə sərmayələr qazın son bazarlara
çatdırılması mexanizmləri ilə sinxronlaşdırılmalıdır. SOCAR-ın
İtaliyadakı rolu kredit verənlərdə etimadı artırır və
maliyyələşdirməni asanlaşdırır. Həmçinin, Avropa İttifaqının
alətləri, İtaliyada Mattey Planı kanalları və çoxtərəfli maliyyə
institutlarının imkanlarından istifadə etməklə orta seqmentdəki dar
boğazları aradan qaldırmaq olar.

Dördüncü faktor — nizamlayıcı sabitlikdir. Bunun üçün:

  • metan emissiyaları üzrə normativlərin real icra müddətlərini
    müəyyənləşdirmək;
  • sertifikatlaşdırma və icazələrin verilməsini
    sürətləndirmək;
  • Balkanlara, Yunanıstana və Bolqarıstana interkonnektorları
    gücləndirmək vacibdir.

Yalnız bu şərtlər yerinə yetirildikdə TAP-in yeni ötürücülük
qabiliyyəti istifadəyə verildiyi andan əlçatan olacaq”, – Katler
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir