
Bakı. Trend:
Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Səudiyyə
Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam
Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Trend xəbər verir ki, 46
kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda məğlub olaraq
2-ci yeri tutub.
Yarışa noyabrın 21-də yekun vurulacaq.

