Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kremlə xəbərdarlıq edib.
O, Rusiya siyasi rəhbərliyini dezinformasiya yaymamağa çağırıb.
“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhdid altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, – deyə Mişel vurğulayıb.
Həmçinin, o, paylaşımında Rusiya prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.
Stop your disinformation @KremlinRussia_E
Not sanctions but your war in #Ukraine is preventing shipping and endangering food security.
More than 20 million tonnes of grain blocked by your mines and your war.
We need to stop the war and restore global food supply chains.
— Charles Michel (@eucopresident) May 25, 2022
www.RIA24.az